12 Sentyabr 2014 17:55
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX-2014” Sərgisini ziyarət edib.

Müdafiə Sənayesi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, İ.Qaribaşvili sərgidə olarkən Müdafə Sənayesi Nazirliyinin stendi ilə maraqlanıb.

Qonaqları salamlayan müdafiə sənayesi naziri Yavər Camalov “ADEX-2014” sərgisi ilə bağlı ətraflı məlumat verib.

Gürcüstanın baş nazir “ADEX-2014” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Nümayəndə heyəti tərəfindən MSN-in nümayiş etdirdiyi məmulatları böyük maraqla izlənilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər