28 Fevral 2020 18:02
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sərhəddə tibbi yoxlanış işləri davam etdirilir. İkimərhələli yoxlama işləri aparılır".

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı mətbuat konfransında deyib.

O bildirib ki, birinci yoxlanış mərhələsində şübhə aşkarlandıqda, xəstə ikinci mərhələdə yoxlanışa göndərilir:

"İkinci mərhələdə də şübhə yarandıqda, karantinə alınır. İşçi qrupuna xüsusi qoruyucu vasitələr paylanılıb.Üç karantin xəstəxanamız var. Bunlar Qobustan, Astara və Cəlilabadda yerləşir".

Yaqut Qarayeva bildirib ki, tibbi işçi qrupu xəstə ilə ünsiyyətdə olan hər kəsi aşkarlayıb, onlar karantinə alınıblar. Xəstə sərhəddi keçdikdən sonra ciddi rejimdə nəzarətə götürülüb.

17.06

Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir.

Teleqraf.com-un məlumatına görə, qərargah koronavirusla bağlı jurnalistlərin suallarını cavablandırır.

Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər