28 Fevral 2020 18:18
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Valideynlərdən xahiş edirik, söhbət təkcə koronavirusdan getmir, xəstə uşaqları dərsə göndərməyin".

Teleqraf.com xəbər verir ki, bunu ölkənin baş infeksionisti Cəlal İsayev Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı brifinqində deyib.

O bildirib ki, bu, təkcə övladları üçün deyil, digərləri üçün də təhlükəlidir:

"Bunun bütün respirator viruslara aidiyyatı var. Əgər, xəstəlik yayılarsa, məktəblərin bağlanması gözləniləndir".

Cəlal İsayev qeyd edib ki, maska məsələsinin gündəmə gəlməsində medianın rolu böyükdür:

"Maskanı xəstə insan taxmalıdır. Sağlam şəxslərin maskadan istifadəsi əhəmiyyət daşımır. Hər maskanın istifadə müddəti 3 saatdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər