"224 nəfər karantin şəraitində saxlanılıb. Bunlardan 12-si İran, 1-i İtaliya, 7-si digər ölkələrin vətəndaşlarıdırlar".
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib:
"Epidemiya sərhəd tanımır. Biz virus yayılan ölkələrlə işləyirik. Bu şəxslər müalicə almırlar, sadəcə karantində saxlanılıblar".
O bildirib ki, Bu rəqəmlər daima dəyişir:
"Cavabların alınması vaxt alır. Labaratoriyalar 24 saat rejimində çalışır".