8 Mart 2020 13:27
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da dərslər martın 27-dək təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronavirusa yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər