27 Sentyabr 2014 09:03
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan XİN rəhbəri Ermənistan rəhbərliyini faktların və sülh prosesinin saxtakarlığında ittiham edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov şənbə günü BMT-nin Baş Assambleyasının 69-cu Sessiyasının ümumi müzakirələrində çıxışı zamanı bildirib.

"İki gün bundan öncə Ermənistanın prezidenti ümumi müzakirələrdə çıxış edərək, faktları və sülh prosesini saxtalaşdıraraq və beynəlxalq hüququn norma və prinsiplərini və bu çərçivədə qəbul edilmiş sənədləri təhrif edərək, BMT Baş Assambleyanı aldatmağa çalışıb", - Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Ermənistan prezidenti ali prinsip olan xalqların öz müqəddəratı təyin etmə prinsipindən sui-istifadə edərək, ölkəsinin qonşu dövlət olan Azərbaycanın ərazilərini zor tətbiq etməklə, ilhaq edilməsi cəhdlərini ört-basdır etməyə çalışır.

"Onun Azərbaycanda yaşayan ermənilərin öz müqəddəratını təyin etmə kimi təqdim etməyə çalışdığı vəziyyətin BMT nizamnaməsi və Helsinki yekun aktında təsbit olunmuş öz müqəddəratı təyin etmə ilə heç bir əlaqəsi yoxdur. Əslində öz müqəddəratını təyin etmə prinsipi didərgin düşmüş azərbaycanlıların Dağlıq-Qarabağ regionuna qayıtmasını tələb edərək, Azərbaycan daxilində onların erməni icması ilə sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur, nazir əlavə edib. Biz bu məqsədə sülh yolu ilə nail olacağımıza inanırıq”, - Məmmədyarov bildirib.

"Azərbaycan BMT nizamnaməsində, xüsusilə 51-ci maddədə təsbit olunmuş hüquqlarına xələl gətirmədən münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Ermənistan hökuməti dərk etməlidir ki, digər dövlətin ərazisinin işğal edilməsi həll yolu deyil və onun status-kvoya güvənməsi böyük yanlışlıqdır. Azərbaycan heç vaxt ərazi bütövlüyünü və işğal nəticəsində pozulmuş vətəndaşlarının hüquq və azadlıqlarını güzəştə getməyəcəkdir", - nazir deyib.


Elmar Məmmədyarov bildirib ki, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə birmənalı və davamlı dəstəyi ciddi amildir. Bu Ermənistana onu aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul edilməyəcəkdir: “Dünya ikili standartları qəbul etməməlidir, əks təqdirdə, bu yanaşma bizi yenidən keçən əsrin qaranlıq dövrlərinə apara bilər. Bu xüsusda, Ermənistanda Azərbaycana qarşı təcavüz və insanlığa qarşı cinayət törətmiş şəxslərin ədalət qarşısına çıxarılmasını və onlara qarşı sanksiyaların tətbiq edilməsinin vaxtı yetişib”.


Müəllif:

Oxşar xəbərlər