Sentyabrın 29-da Həştərxanda işgüzar səfərdə olan prezident İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin görüşü olub.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Yüksək səviyyəli görüşlərin əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib.
Siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səxavət