Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ermənistanın cəbhə boyu genişmiqyaslı təxribatına münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, Kalın özünün Tvitter səhifəsində paylaşım edərək Ermənistanın Azərbaycana qarşı hücumunu şiddətlə qınadığını qeyd edib:
"Ermənistanın Azərbaycana qarşı hücumu kəskin şəkildə qınayırıq. Ermənistan mülki yaşayış məntəqələrinə hücum edərək atəşkəs rejimini pozdu, sülh və sabitliyin əleyhinə olduğunu bir daha nümayiş etdirdi. Beynəlxalq ictimaiyyət də bu təxribata dərhal reaksiya verməlidir. Türkiyə ermənilərin bu hücumları qarşısında Azərbaycanın yanındadır. Təxribat nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin hərtərəfli dəstəyinə sahibdir".