28 Sentyabr 2020 00:57
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Baş katibinin Antoniu Quterreş rəsmi Bakı və İrəvanı döyüşləri dərhal dayandırmağa, gərginliyi azaltmağa və danışıqıarı bərpa etməyə çağırıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, Baş katib Dağlıq Qarabağ bölgəsindəki təmas xətti boyunca yenidən hərbi əməliyyatların başlamasından son dərəcə narahatdır: "O, güc tətbiq edilməsini pisləyir, insan itkisi və mülki vətəndaşlar arasında ölüm hallarına təəssüflənir".

Baş katib, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vacib rolunu hərtərəfli dəstəklədiyini bəyan edib və tərəfləri ilkin şərtlər olmadan mümkün qədər tez bir zamanda dialoqa başlamaq üçün onlarla sıx əməkdaşlıq etməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər