3 Oktyabr 2020 16:05
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin iyul ayında da Azərbaycan Respublikasının Tovuz bölgəsində erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın suverenliyinə qəsd edilmiş və həmin vaxt da Azərbaycanın nülki əhalisi hücuma məruz qalmışdı.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.

O bildirib ki, Ermənistan ordusunun atəşi nəticəsində 1944-cü il təvəllüdlü Əzizov Əziz qətlə yetirilmiş, Ağdam və Dondar Quşçu kəndlərində 6 nəfərə məxsus mülki obyektə zərər dəymişdi: "Bütün bu faktlar onu göstərir ki, Ermənistan silahlı qüvbələri Azərbaycanın dinc əhalisini daim hədəf seçib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər