Azərbaycana səfər edən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun Feysbuk səhifəsindəki paylaşımı diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, türk diplomat Azərbaycana dəstək olmaq üçün Bakıya gəldiyini yazıb.
“Can Azərbaycandakı qardaşlarımıza dövlətimizin və millətimizin dəstəyini, onlarla həmrəyliyini göstərmək üçün Bakıdayıq”, - Çavuşoğlu qeyd edib.
Əlavə edək ki, hazırda Bakıda olan nazir Azərbaycan Prezidenti İlham Əliyevlə görüşür.