13 Oktyabr 2020 23:39
2 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 30 il ərzində ermənilər tərəfindən işğal altında olan Azərbaycanın Xankəndi şəhəri tamamilə boş qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə şəhərdə olan jurnalist Sergey Titov bildirib. Kadrlar Rusiyanın Telegram kanalı Mash tərəfindən yayılıb.

Onun sözlərinə görə, axşam saat 17:00 olmasına baxmayaraq, şəhərdə nəyisə soruşmaq və ya nədənsə danışmaq üçün heç kəs tapılmadı:

"Telefon bağlantısı, internet yoxdur, zəng etmək çox çətindi. Hətta işıqforlar da işləmir. Rəsmi olaraq SIM kart alqı-satqısı qadağandır. İnterneti olan yeganə yerlər jurnalistlərin toplaşdığı otel və ya mətbuat mərkəzidir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər