24 Oktyabr 2020 20:06
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Döyüş sahəsində aciz qalan düşmən bütün vasitə və resurslardan istifadə etməklə dezinformasiya və təxribat xarakterli məlumatlar yayır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

A.Eyvazov bildirib ki, düşmən rəsmiləri guya Azərbaycan ordusunun texnika itirdiyini, xüsusi təyinatlı bölmələrimizə ziyan verildiyini, bir pilotsuz uçuş aparatının Ermənistan ərazisində vurulduğunu, digərinin isə İran ərazisinə keçdiyini və bu ölkə tərəfindən qoşunlarımıza atəş açılması kimi feyk məlumatlar verməklə vəziyyətin gedişatına təsir etməyə çalşır:

“Onlar çoxsaylı feyk foto və video yaymaqla beynəlxalq aləmdə Azərbaycan ordusu barədə mənfi rəy formalaşdırmağa cəhd edirlər. Bildiririk ki, peşəkar Azərbaycan ordusu yalnız düşmənin silahlı birləşmələrini və legitim hərbi obyektlərini hədəfə alır. Bu hədəflər dəqiq atəş zərbələri ilə məhv edilir.

Azərbaycan Müdafiə Nazirliyinin ictimaiyyətə təqdim etdiyi foto və video görüntülər də buna əyani sübutdur. Hər bir Azərbaycan əsgəri mülki şəxslərlə, hərbi əsirlərlə və düşmən meytləri ilə davranış qaydalarını mükəmməl bilir, olara qarşı beynəlxalq humanitar hüququn prinsip və normalarına, eləcə də Cenevrə konvensiyasına və ona əlavə edilmiş protokollara uyğun olaraq davranırlar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər