26 Oktyabr 2020 10:36
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram hesabında Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə paylaşım edib.

Teleqraf.com-un xəbərinə görə, paylaşımda deyilir:

"Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram!

Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!", - Mehriban Əliyeva yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər