6 Noyabr 2020 18:13
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Dağlıq Qarabağ münaqişəsinə üçüncü ölkələri, xüsusilə də KTMT-nin üzv dövlətlərini cəlb etməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov MDB Hökumət başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

O bildirib ki, Azərbaycanın döyüş zonasından kənarda yerləşən şəhərlərini öz ərazisindən atəşə tutmaqla Ermənistan Azərbaycanı cavab atəşi açmağa vadar etməyə çalışır.

Nazir əlavə edib ki, Ermənistana, daha sonra isə Qarabağa qaçaqmalçılıq yolu ilə silah-sursat və muzdlular daşınır: “Bu, həmçinin mülki aviasiyadan istifadə etməklə həyata keçirilir”.

Onun sözlərinə görə, Azərbaycan erməni xalqına qarşı mübarizə aparmır, yalnız ərazi bütövlüyünü bərpa edir: “Biz bir qarış da özgə torpağına iddia etmirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər