23 Noyabr 2020 22:13
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Demək olar ki, bütün COVID-19 peyvəndlərinin işə yarayacağına inanıram”.

Teleqraf.com xəbər verir ki, bunu texnologiya nəhəngi "Microsoft"un qurucusu Bill Qeyts açıqlayıb.

Peyvəndin hazırlanması üçün milyonlarla dollar ianə edən Bill Qeyts bəzi qiymətləndirmələr də edib:

“Şirkət məlumatlarına görə, hazırda “Pfizer/BioNTech” və “Moderna”nın peyvəndləri təsirlidir. Digər peyvənd namizədlərinin də oxşar uğur qazanacağını gözləyirəm. Fevral ayına qədər böyük ehtimalla hamısı çox təsirli və etibarlı olduqlarını sübut edəcəklər. Bu məsələdə nikbinəm".

Bill Qeyts epidemiyanın mərkəzinə çevrilmiş ABŞ-da yoluxma sayında ciddi artımın olduğunu da qeyd edib: “Yoluxma hələ də yüksəkdir və bu artımın 2021-ci ilin fevralına qədər davam edəcəyi gözlənilir. Bu qış gündə 2000-dən çox ölüm ola bilər”.


Müəllif: Yeganə Oqtayqızı