27 Noyabr 2020 14:29
2 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla intensiv telefon əlaqələrindədir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə Paşinyanın Putinlə bir saat ərzində apardığı iki telefon danışığı ilə bağlı sözlərini şərh edərkən bildirib.

“Prezidentin beynəlxalq telefon danışıqlarının hamısı barədə rəsmi açıqlamalar veririk”,- deyə Kremlin sözçüsü vurğulayıb.

O, Putinin özünün də qeyd etdiyi kimi, bu anda- Qarabağ nizamlanması prosesində Rusiya liderinin Ermənistan və Azərbaycandan olan həmkarları ilə sıx telefon dialoqunda olduğunu sözlərinə əlavə edib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan öz feysbuk hesabında bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdığını bildirmişdi.


Müəllif: Teleqraf.com