8 Dekabr 2020 18:21
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın iqtisadi qüdrətinin artması müdafiə potensialının təmin edilməsi üçün zəmin yaradıb. Ölkəmizin müdafiəsində xidməti olan şəxslərin - hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atılıb. 1997-ci ildən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun tətbiq edilir. Bundan başqa, hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, şəhid və itkin düşmüş hərbi qulluqçuların ailələrinin sosial müdafiəsi üçün ardıcıl tədbirlər görülür.

Deputat 1997-ci il avqustun 2-dən şəhid və itkin düşmüş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat ödəmələrin verildiyini söyləyib: “Cənab Prezident İlham Əliyev şəhidlərimizin ailələrinə, vərəsələrinə hər zaman diqqət və qayğı ilə yanaşıb. Atılan addımlar Prezidenti tərəfindən bəyan olunmuş “Həyata keçirdiyimiz siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” şüarın təcrübədə sübutudur. Çünki cənab Prezident bununla bir daha təsdiq etdi ki, dövlətin həyata keçirdiyi ardıcıl sosial siyasət daha da gücləndiriləcək”.

Məlahət İbrahimqızının sözlərinə görə, vətəndaşların, imtiyazlı təbəqənin sosial məsələlərin həllini dövlət prioritet vəzifə hesab edir: “Şəhid ailələrinə, qazilərə mənzil və avtomobil, birdəfəlik sığorta ödənişi həyata keçirilir. Ödənişlərin təkmilləşdirilməsi, sosial müdafiənin yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır”.

Millət vəkili bildirib ki, Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə hər zaman sadiq olub: “Şəhid ailələrinin, qazilərin ehtiyaclarının təmin edilməsinə xalqımız xüsusi həssaslıqla yanaşır. Hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır. Reallığı nəzərə alaraq şəhid ailələrinin, qazilərin sosial müdafiəsinə əlavə dəstək istiqamətində addımlar atılıb.

Vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılıb. Cənab Prezidentin Fərmanı ilə yaradılan YAŞAT Fondu məhz buna hesablanıb. Fond şəhid və qazi ailələrinə müvafiq yardımlar göstərəcək. Vəsaitlər vətəndaş, xaricdəki soydaşlarımızın könüllü maliyyəsi və qanunla qadağan olunmayan mənbələr hesabına formalaşacaq. YAŞAT Fondu dövlətimizin humanizm, əhalinin sosial rifah halının yaxşılaşdırılması siyasətinə sadiqliyin əyani təzahürüdür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər