18 Dekabr 2020 11:35
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla mübarizəyə dövlətin 46 klinikası səfərbər edilib. Bundan başqa xəstəxanalarda olan 15 min yataq yeri hazırda doludur.

Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentin iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri əlavə edib ki, özəl tibb müəssisələri də COVID-19-la mübarizəyə cəlb edilə bilər.

Onun fikrincə, test sahəsində monopoliyanı aradan qaldırmaq vacibdir: “Mənim fikrimcə, hər bir sahibkara imkan vermək lazımdır ki, ölkəyə test nümunələri gətirə bilsin”.

Musa Quliyev ev şəraitində müalicə olan xəstələr üçün dərman preparatlarının çeşidlərinin artırılmasını və qiymətlərin tənzimlənməsinin də vacib olduğunu deyib.


Müəllif: Cavad

Oxşar xəbərlər