Dövlət büdcəsi haqqında zərf parlamentin komitələrində müzakirə edilib və plenar iclasa çıxarılması tövsiyə olunub.
Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı spiker Sahibə Qafarova deyib.
Parlament sədri əlavə edib ki, başa çatmaqda olan 2020-ci il Azərbaycan tarixinin mühüm bir dövrünü təşkil edir: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyub. Ölkə həyatında müşahidə olunan reallıqlar 2021-ci ilin dövlət büdcəsinin formalaşmasına təsir göstərməyə bilməzdi.
Bu, dövlət büdcəsində özünü əks etdirir. 2021-ci ilin dövlət büdcəsinin əsas prioritetləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasıdır”.