25 Dekabr 2020 11:55
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Teleqraf.com-un məlumatına görə, qanuna əsasən “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Şamaxı rayonu” bölməsinin 48.33-cü sətrində hər iki halda “Saqiyan” sözü “Günəşli” sözü ilə əvəz edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər