12 Fevral 2021 11:50
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda idman zalları bir ilə yaxındır ki, bağlıdır. Halbuki, dünyanın bir çox ölkəsində pandemiya olsa da, idman zalları fəaliyyət göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirib.

O, Nazirlər Kabineti yanında Operativ Qərargahın idman zallarının açılması ilə bağlı qərar verməməsini doğru saymayıb: “İdman zalları açılsa, nə olacaq? Orada yoluxma çoxalacaq? Xeyr”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda bir çox sahədə bahalaşma müşahidə olunur, amma bəzi sahələrin fəaliyyətinə hələ də icazə verilmir: “Bu, problemlər yaradır, bir çox sahələr açılmalıdır ki, sahibkarlar işi ilə məşğul olsunlar”.


Müəllif: Nemət

Oxşar xəbərlər