Azərbaycan Prezidentinin bu gün imzaladığı əfv sərəncamı ilə AXCP üzvləri Məhəmməd İmanlı, Elçin İsmayıllı, Orxan Baxışlı və Babək Həsənov da əfv olunub.
Teleqraf.com xəbər verir ki, onlar cəzalarının qalan hissəsini çəkməkdən azad olunub.
Qeyd edək ki 1992-ci ildə anadan olan İmanlı Məhəmməd Ramiz oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2020-ci il 1 dekabr tarixli hökmü ilə məhkum edilib.
1978-ci ildə anadan olan İsmayıllı Elçin Səməd oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 18 sentyabr tarixli hökmü ilə məhkum edilib.
1995-ci ildə anadan olan Baxışlı Orxan Rafiq oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 18 sentyabr tarixli hökmü ilə məhkum edilib.
1973-cü ildə anadan olan Həsənov Babək Qəzənfər oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 27 fevral tarixli hökmü ilə məhkum edilib.