11 May 2021 13:04
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bu gün Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada çox sayda insanın ölməsi ilə bağlı başsağlığı bildirib.

Teleqraf.com xəbər verir ki, C.Bayramov bu barədə rusiyalı həmkarı Sergey Lavrovla mətbuat üçün keçirdiyi konfransda danışıb.

“Günahsız insanların ölümü həmişə faciədir. İlk növbədə həlak olanların ailə üzvlərinə, bütün Rusiya əhalisinə, dostlarımıza, bu gün Bakıda olan tərəfdaşlarımıza baş sağlığı diləyirik, bütün yaralananlara tez sağalmağı arzulayıram", - o deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər