Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı və mayın 13-də təşkil olunan festivalın qala-konserti Türkiyənin Anadolu agentliyi tərəfindən geniş işıqlandırılıb.
Teleqraf.com xəbər verir ki, agentliyin hazırladığı “Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın simvol şəhərində duyğulu anlar yaşadı” sərlövhəli videomaterial türkdilli ictimaiyyətdə festivalın mahiyyəti barədə aydın təsəvvür yaradır.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın füsunkar gözəlliyi, Qarabağın təbiətindən nadir görüntülər, festivalın əzəməti videomaterialda əksini tapıb.