18 İyun 2021 11:51
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin sərəncamı ilə dövlət hesabına təhsil alan tələbələrin 50 faizə çatdırılması planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, ödənişli təhsil alan və həssas sosial qrupa aid olan şəxslərin sayı 15 minə qədərdir: "Bu qrupun sayı dəyişə bilər. Həssas sosial qrupa aid olmayan tələbələrin sayı ümumi tələbə kontingentinin 30-35 faizini təşkil edir. Biz rəqabətliliyi nəzərə almaqla, qiymətləri yüksək olan tələbələrə kreditlərin daha əvvəl verilməsini nəzərə alacağıq" .

Emin Əmirullayev əlavə edib ki, orta ixtisas, bakalavr və magistr tələblərinə təhsil kreditləri veriləcək: "Bu kreditlər dünyanın hər yerində var və sosial xarakter daşıyır. Vətəndaşların qarşılıqlı əməkdaşlıq və məsuliyyətli şəkildə məsələyə yanaşması olduqca vacibdir. Çalışmalıyıq ki, belə imkanlar tələbə kontingentini daha irəli aparsın".

Nazir qeyd edib ki, kreditin məbləğini Nazirlər Kabineti müəyyən ediləcək: "Məbləğ təhsil haqqının yarısı və ya sosial qrupda 100 faizi qədər ola bilər. Tələbənin özünün maliyyə qərarına görə kreditlər ona ödəniləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər