Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Delta plus" variantının 3 vilayətdə aşkarlandığını və yoluxanlardan birinin İstanbulda olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazir Tvitterdəki paylaşımında insident xəritəsini paylaşıb.
“Vilayətlərimizdəki 100 min əhaliyə uyğun bir həftəlik ümumi yoluxma sayını göstərən yenilənmiş versiyanı görə bilərsiniz. Epidemiyanın sonu peyvəndlə mümkündür. Sabaha bu gündən təhlükəsiz baxmağınız üçün vaksin vurdurun”, - deyə nazir qeyd edib.
Qoca “Delta plus” variantına yoluxanlardan birinin İstanbulda olduğunu söyləyib. O, digər iki vilayətin adını açıqlamayıb.