Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.
Teleqraf.com-un məlumatına görə, brifinqdə Operativ Qərargahın nümayəndələri koronavirusla bağlı ölkədəki son vəziyyət barədə məlumat verirlər.
Qeyd edək ki, son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 386 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.
İndiyədək ölkədə ümumilikdə 340 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 056 nəfər müalicə olunaraq sağalıb, 5 006 nəfər vəfat edib. Aktiv xəstələrin sayı 3 381 nəfər təşkil edib.