6 Noyabr 2014 18:14
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) aparat rəhbəri Nəriman Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənovla görüşüb.

Bu barədə Teleqraf.com-a DİDK-dan məlumat verilib. Görüşdə şuranın DİDK ilə əməkdaşlığı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor rəhbərlərinin I Bakı Forumunda qəbul olunmuş “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası”ndan irəli gələn məsələlərin reallaşdırılmasına dair müzakirələr aparılıb.

Görüşdə 2015-ci ildə qondarma soyqırımın yüzüncü ildönümünü qeyd etməyə hazırlaşan erməni təbliğatına qarşı birgə fəaliyyət istiqamətlərinin gücləndirməsi məsələləri müzakirə olunub, həmçinin TDƏŞ-ə daxil olan ölkələrin diasporunun koordinasiya mərkəzlərinin açılması işlərini sürətləndirmək barədə fikir mübadiləsi aparılıb. Türkdilli xalqların diasporunun beynəlxalq arenada mövqeyini daha da gücləndirmək və yaşadıqları ölkələrdə təsir dairəsini artırmaq məqsədilə nəzərdə tutulan bu mərkəzlər ABŞ, Fransa, Ukrayna və Almaniyada açılacaq. Azərbaycan tərəfinin dəstəyi ilə açılacaq Ukrayna və Almaniyadakı koordinasiya mərkəzlərinin artıq noyabrın sonu, dekabrın əvvəllərindən fəaliyyətə başlaması nəzərdə tutulub.

Ortaq fəaliyyət strategiyasında nəzərdə tutulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında şagird və tələbə mübadiləsinə dair işlərin reallaşdırılması məsələsi də görüşün gündəmində olub. Artıq Azərbaycan və Türkiyənin yaxın vaxtlarda qarşılıqlı olaraq bu istiqamətdə fəaliyyətə başlayacağı bildirilib.

Görüşdə həmçinin, DİDK-nın tətbiq etdiyi videokonfrans sisteminin TDƏŞ-in fəaliyyətində tətbiq olunması, gələcəkdə üzv ölkələrlə onlayn konfrans və toplantıların keçirilməsi qərara alınıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər