20 Avqust 2021 11:54
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Epidemilogiyada əlavə doza əvvəlki təcrübələrdə də olub. Bu, əldə olunmuş immunitetin daha uzun müddət davam etməsi üçün tövsiyə olunur.

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Yaqut Qarayeva bildirib ki, ən böyük ehtimal vaksinin effektivliyinin 6-8 ay müddətində təsdiqlənməsidir: “Ona görə də bütün elm aləmi düşünür ki, 6 aydan sonra əlavə doza verilsin. Artıq bu haqda "Sinovac" şirkəti rəsmi məlumat da yayıb. Xüsusilə yaşlı insanlara vacib sayılır.

Yaşlı insanlar əlavə dozanı vurduqda qanda olan immunoqlobin sayı artır. Ona görə də tövsiyə edirik ki, yaşlılar, immun problemi olanlar, tibb işçiləri 6 ay keçəndən sonra əlavə 1 doza da vurdursalar, daha effektiv olar".


Müəllif: Aysel Azad