30 Dekabr 2021 18:08
1 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailəsi səhmlərinin 76,3%-nə sahib olan “Polyus” qızıl mədən şirkətinin səhmdarı Süleyman Kərimov “Forbes” jurnalına görə bu il ən yoxsullaşan rus milyarderi olub.

Teleqraf.com-un məlumatına görə, 104 rusiyalı milyarderdən 70-i varlanıb, 29 nəfərin isə sərvəti azalıb.

Kasıblayanlar arasında lider Kərimov olub, o, bu il qızılın birja qiymətlərinin azalması səbəbindən təxminən 6 milyard dollar itirib. 20 dekabr 2021-ci ildə jurnal onun sərvətini 14,92 milyard dollar qiymətləndirib.

Sonrakı yerdə sərvəti il ​​ərzində 2,93 milyard dollar azalaraq 9,29 milyard dollara enən “Renova” qrupunun yaradıcısı Viktor Vekselberq gəlir.

Üçüncü yerdə 2021-ci ildə 668 milyon dollar itirən Domodedovo hava limanının şəriki Dmitri Kamenşikdir. Onun aktivləri hazırda 1,80 milyard dollar qiymətləndirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər