1 Mart 2022 15:25
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanlıların yardımı ilə son 24 saat ərzində 3.5 tondan çox yük toplanıb ki, bu yardım tezliklə Ukraynada olacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski açıqlama verib.

“Azərbaycanlılar Ukraynaya humanitar yardımla dəstəyin verilməsində fəal iştirak edirlər. İnsanlar təcili lazım olan hər şeyi gətirirlər. Son 24 saat ərzində 3.5 tondan çox yük toplanıb ki, bu yardım tezliklə Ukraynada olacaq. Qardaş Azərbaycan xalqına təşəkkür edirik”, səfir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər