23 Noyabr 2014 23:23
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla Ermənistan arasında müharibə başlasa, Rusiya hərbi müdaxilə etməyəcək, yalnız diplomatik üsullarla müharibəni dayandırmağa çalışacaq”.

Teleqraf.com musavat.com-a istinadən xəbər verir ki, bu sözləri tanınmış rusiyalı politoloq, Qafqaz məsələləri üzrə ekspert Andrey Yepifantsev erməni portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, əgər savaşa Ermənistan bütünlüklə cəlb olunsa, o halda Rusiya müdaxilə etməyə borcludur. “Lakin bu qarantiya Ermənistana aiddir. Dağlıq Qarabağa yox. Qarabağa bir şey olsa, Moskva yalnız diplomatik vasitələrlə bunun qarşısını almağa səy edəcək”, - deyə politoloq qeyd edib.

Ekspertin qənaətincə, təmas xəttində yaşanan son gərginlik onun göstəricisidir ki, görüşlərdə anlaşma əldə edilməyib:

“Səbəb aydındır – Minsk Qrupu dalana girib, çıxış yolu yoxdur. Bu gün danışıqlar masası üzərində olanlar nə Bakını, nə də İrəvanı qane edir”.


Müəllif:

Oxşar xəbərlər