Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın növbəti görüşləri Moskva və Brüsseldə keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə mayın 24-də Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ilk görüşündə razılıq əldə olunub.