1 Dekabr 2014 09:41
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi bu gün səhər Bakıya səfərə gəlib.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, M.Vaezi Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun dəvəti ilə dekabrın 2-5-də Bakıda keçiriləcək "Bakutel 2014" Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında iştirak və çıxış edəcək.

Səfər zamanı iranlı nazirin Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər