1 Dekabr 2014 17:40
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2014-cü il ərzində sənaye sahəsi ilə bağlı ölkəmizdə bir çox işlər görülüb. Bu işlər hazırda da davam etdirilir”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, sənayenin inkişafı baxımından sənaye məhəllərinin yaradılması mühüm yer tutur.

Onun sözlərinə görə, dövlət başçısının bununla bağlı sərəncamı xüsusi əhəmiyyət kəsb edir:

“Sənaye məhəllələrinin yaradılmasında əsas məqsədlərdən biri sahibkarlara kömək etməkdir. Eyni zamanda, bu amil qeyri-neft sektorunun inkişafında vacib yer tutacaq. Sənaye ili ilə əlaqədar Azərbaycanda müəyyən qədər işlər görülüb. Təbii ki, gələcək illərdə Azərbaycanda yeni sənaye sahələri yaradılacaq və məhəllərinin reallaşdırılması prosesi həyata keçiriləcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər