“Azərbaycan hökuməti və xalqını Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməsi münasibətilə təbrik edirik”.
Teleqraf.com xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Şuşada jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, bu gün Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilib. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də həmin konfransda iştirak edib.