10 Sentyabr 2022 21:18
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkil Elçin Sadıqov Baş Prokurorluğun İstintaq İdarəsinə aparılıb.

Ofisində axtarış başa çatdıqdan sonra idarəyə aparılan vəkil jurnalistlərə açıqlamasında mənzilindən və ofisindən qeyri-qanuni olaraq peşə fəaliyyəti ilə bağlı sənədlərin götürüldüyünü bildirib.

Sadıqovun iddiasına görə, axtarış qərarı verilərkən onun vəkil olması barədə məhkəməyə məlumat verilməyib.

Vəkilin hansı statusda Baş Prokurorluğa aparıldığı hələlik bəlli deyil.

******

20: 45

Baş Prokurorluğun nümayəndələri vəkil Elçin Sadıqovun mənzilində axtarış aparıblar. Bu barədə onun həyat yoldaşı Zibeydə Sadıqova məlumat verib.

Teleqraf.com Musavat.com-a istinadən xəbər verir ki, prokurorluq əməkdaşları məhkəmə qərarını təqdim edərək Elçin Sadıqovun apardığı işlərlə bağlı sənədləri götürüblər.

Bundan başqa, onun həyat yoldaşı, həmçinin vəkil olan Zibeydə Sadıqovanın da apardığı işlərlə bağlı sənədlər götürülüb.

Zibeydə Sadıqova prokurorluğun hərəkətlərini qanunsuz adlandırıb.

Qeyd edək ki, Baş Prokurorluq Xural TV-nin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun evlərində axtarış aparır.

Yada salaq ki, bu günlərdə Əvəz Zeynallının "Baku Steel Kompany"nin rəhbəri, hazırda məhkəməsi gedən Rasim Məmmədovun ailəsindən rüşvət almaq şübhəsi doğuran səs yazısı internet resurslarında yayılıb. Jurnalist özü isə canlı efirdə bildirib ki, həmin səs yazısında söhbət geri qaytarılacaq hansısa pul məbləğindən yox, əlində olan ifşaedici sənədlərdən gedir.

Elçin Sadıqov həm Rasim Məmmədovun, həm də Əvəz Zeynallının vəkilidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər