30 Sentyabr 2022 13:42
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan-Azərbaycan sərhədindəki münaqişənin həlli üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçilərindən istifadə imkanları müzakirə edilir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Moskvada keçirilən iclasında deyib.

“KTMT müşahidəçilərindən Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında, xüsusilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasına dair əldə edilmiş sazişlərin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına kömək məqsədilə istifadə imkanı, Bakı ilə İrəvan arasındakı münasibətlərin normallaşdırılması və müvafiq sazişin imzalanması müzakirə olunur”, - nazir bildirib.

Lavrov bu yöndə MDB-dən də dəstək tələb oluna biləcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu