6 Oktyabr 2022 13:46
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 11000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.

Sənan Əhmədov Teleqraf.com-a açıqlamasında deyib: "11000 manat bu gün Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunub. Bu məbləğlə imkanlaşdırıb ev almağı düşünürük".

Qeyd edək ki, Səbuhi Əhmədov Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olub.

O, Bakıda İkinci Fəxri xiyabanda dəfn edilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər