27 Oktyabr 2022 18:30
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 26-da Rusiyanın paytaxtı Moskva şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 51-ci iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib.

İclasda MDB dövlətlərinin təhlükəsizliyinə mümkün təhdidlər, bəzi terror təşkilatlarının yenidən fəallaşmasının region ölkələrində hökm sürən sabitliyə təsirləri, həmçinin informasiya təhlükəsizliyi, kibercinayətkarlıq, beynəlxalq terrorçuluq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, silah qaçaqmalçılığı, eləcə də destruktiv qüvvələrin MDB ölkələrinə nüfuzetmə cəhdləri və kəşfiyyat-pozuculuq fəaliyyəti, bölgədə olan müharibə və münaqişə ocaqlarının daim aktiv fazada saxlanılmasına və regionun bəzi ərazilərində silahlı insidentlərin davamlı xarakter almasına, xarici qeyri-hökumət qeyri-kommersiya və beynəlxalq təşkilatların “yumşaq güc” vasitələrindən istifadə etməklə MDB məkanında ictimai-siyasi sabitliyi pozmaq məqsədi güdən əməllərinə qarşı birgə mübarizə barədə geniş fikir mübadiləsi aparılmış, qarşılıqlı əməkdaşlıq münasibətləri üzrə müvafiq sənədlər imzalanıb.

İclas çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçıları ilə videoformatda keçirilmiş görüşündə Rusiya dövlət başçısı çıxış edərək dünyada geosiyasi gərginliklərin gündən-günə artdığını, bu vəziyyətin Birlik ölkələrinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini vurğulamış, regional təhlükəsizliyi ciddi risk altına alan hallara effektiv və operativ reaksiya göstərilməsi üçün xüsusi xidmət orqanlarının işgüzar təmaslarının daha sıx təşkil olunmasının vacibliyinə toxunaraq, bu orqanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər