24 Noyabr 2022 12:38
2 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

“KTMT-nin yeni baş katibi İmanqali Tasmaqambetov hərbçi yox, siyasətçidir. Özü də tarixlə maraqlanan adamdır. Xüsusən də Qazaxıstanın və Mərkəzi Asiyanın türk xalqlarının tarixi ilə”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert KTMT-nin İrəvan sammitindən sonra baş verənlərə diqqət çəkib:

”KTMT-nin sammitinin gözlənilən gözlənilməz nəticələri nədənsə, mənə bu təşkilatının keçmiş baş katibi Nikolay Bordyujanı xatırlatdı. Bordyuja hər tədbirdən sonra özünü kameraların önünə verərək KTMT-nin hər zaman Ermənistanın yanında olacağıyla bağlı vədlər, bizi isə pisləyən açıqlamalar verirdi. Ermənistan cəmiyyəti və siyasətçiləri də elə bilirdilər ki, erməni konyakı və Göyçə gölünün forel balığının cazibəli gücü onları hər şeydən sığortalaya bilər. Amma bu baş vermədi. Beləliklə, Bordyujanın nağılları erməni nağılları toplusunun bir parçası olaraq indi tarixin arxivlərində toz yığır.

Yeri gəlmişkən, KTMT-nin yeni baş katibi İmanqali Tasmaqambetov hərbçi yox, siyasətçidir. Özü də tarixlə maraqlanan adamdır. Xüsusən də Qazaxıstanın və Mərkəzi Asiyanın türk xalqlarının tarixi ilə.

Erməni tərəfi Stanislav Zasdan çox narazı qaldılar. Buna görə də gözləri həmişə Bordyujanı axtarırdı. Bundan sonra isə çox güman Zasın da atasına rəhmət oxuyacaqlar”.

İlqar Vəlizadə KTMT-nin yeni baş katibinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə yaxınlığına diqqət çəkib:

“Əlbəttə, söhbət təkçə baş katibdən getmir, həm də onun arxasında dayanan ölkə və onun cari siyasətindən gedir. Zas Lukaşenkonun adamı olaraq onun siyasi kursundan kənara çıxmırdı. Tasmaqambetov isə Tokayevin dəst-xətti ilə fəaliyyət göstərəcək. Qalanı isə gedişatda bəlli olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər