30 Noyabr 2022 21:44
8 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan Azərbaycanla sülh danışıqlarına sadiqdir".

Teleqraf.com xəbər verir ki, bunu Çilinin Ermənistana yeni təyin olunmuş səfiri Eduardo Eskobarın etimadnaməsini qəbul edən Prezident Vaaqn Xaçaturyan deyib.

Xaçaturyan vurğulayıb ki, Ermənistan Türkiyə ilə ilkin şərt olmadan münasibətləri normallaşdırmaq və Azərbaycanla sülh əldə etmək mövqeyinə sadiqdir.

Ermənistan prezidenti problemlərin masa arxasında həllinin vacibliyini vurğulayıb.

Regionda sülhün bərqərar olduğunu deyən Eskobar isə Çilinin münaqişələrin güc tətbiq etmədən həlli prinsipinin tərəfdarı olduğunu və sülh prosesinə töhfə vermək üçün beynəlxalq arenada mümkün addımlar atacağını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu