Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun Bakıya gəldiyi haqda məlumat yayılıb.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Naxçıvandan Bakıya uçan təyyarədə Vasif Talıbovun sərnişinlərlə birgə gəldiyini iddia edib.
Bildirilib ki, onu hava limanından oğlu Seymur Talıbov yola salıb.
İddiaya görə, V.Talıbov DTX-nin apardığı araşdırmalarla bağlı Bakıya dəvət edilib.