15 Dekabr 2022 16:30
4 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Laçın dəhlizinin bağlanmasından narahatdır və çox yaxın gələcəkdə nəqliyyatın hərəkətinin bərpasına ümid edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Laçın dəhlizinin bağlanmasından narahatıq, bu, tərəflər arasında filiz yataqlarının işlənməsinə dair fikir ayrılıqlarından qaynaqlanır. Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti bu günlərdə vəziyyətin deeskalasiyası üçün fəal işləyir. Yaxın gələcəkdə nəqliyyat əlaqələrininin bərpa ediləcəyini səbirsizliklə gözləyirik”, - XİN sözçüsü bildirib.

Zaxarova həmçinin vurğulayıb ki, Rusiya sülhməramlılarına qarşı “ittihamlar” və “təxribat xarakterli davranışlar” haradan gəlir-gəlsin qəbuledilməzdir və əks nəticə verir:

“Rusiya sülhməramlı kontingenti regionda sabitliyin təminatçısı kimi çıxış edərək, üzərinə düşən vəzifələri səmərəli şəkildə yerinə yetirir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər