Laçın yolundakı durum haqda danışan Xankəndidəki separatçı kilsənin keşişi Ovannes Ovannisyan qəribə sözlərlə gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, Ovannes “yolun açılması” üçün bütün ermənilərin katalikosu II Qareginin xeyir-duasının lazım olduğunu deyib
Separatçı keşiş jurnalistin “Laçın yolunun açılması üçün hansı addım atılmalıdır” sualına belə cavab verib:
“Bu məsələnin tezliklə həll olunacağını görmürəm. Tövbə edib, Müqəddəs Eçmiədzinə gedib bütün ermənilərin katolikosunun (II Qaregin) xeyir-duasını alana qədər bu məsələni həll edə bilməyəcəyik.
Tezliklə Milad bayramı gəlir, əgər dua edib, xeyir-dua alsaq, məqsədimizə çata bilərik”.