Türkiyənin Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələdən sonra Hatayın Kırıkhan rayonunun Topboğazı kəndində təbii qaz boru xəttində partlayış və yanğın baş verib. Təhlükəsizlik məqsədilə təbii qaz verilişi dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Boru Xətləri ilə Neft Nəqli Anonim Şirkəti (BOTAŞ) açıqlayıb.
Bildirilir ki, zəlzələdən zərər çəkmiş Kahramanmaraş və digər vilayətlərdə vətəndaşlara təhlükəsiz qaz axını təmin etmək üçün lazımi işlər aparılır.
Məlumatda qeyd olunur ki, təbii qaz nəql xəttinin zədələnməsi nəticəsində Qaziantep, Hatay və Kahramanmaraş vilayətləri ilə Pazarcık, Narlı, Besni, Gölbaşı, Nurdağı, İslahiye, Reyhanlıya təbii qaz axını dayandırılıb.