Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı yardım kampaniyaları təşkil edilib.
Bu haqda Teleqraf.com-a Türkiyənin Yunus Əmrə İnstitutu Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç məlumat verib.
O, Bakı Türk Təhsil Qurumları, Türkiyə Əsri Birlik və Həmrəylik Platforması və Qardaş Köməyi Platforması yardım kampaniyalarına başlanıldığını qeyd edib.
Aşağıda nömrələri və adları qeyd olunan kampaniyalara siz də dəstək ola bilərsiniz.
Zəlzədən zərərçəkənlərə qış paltarları, gödəkçə, şalvar, əlcək, corab, çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.