Separatçı Ruben Vardanyan yaxın vaxtlarda Xankəndini tərk edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr qeyd edir ki, separatçı rejim daxilindəki durum sakit deyil.
“Yaxın vaxtlarda “kadr” dəyişiklikləri olacaq. Yazdığımız kimi, Ruben Vardanyanın “vəzifə”dən uzaqlaşdırılması qaçılmazdır. Rusiya tərəfi də bildirib və təklif edib ki, Qarabağ erməniləri həll yollarını özləri tapmalıdır”, - məlumatda deyilir.