Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraşda baş verən zəlzələdən 248 saat sonra dağıntılar altından çıxarılan 17 yaşlı Aleyna Ölməzin bibisi ilə telefonla danışıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Türkiyə Prezident Administirasiyası məlumat yayıb.
Prezident Ərdoğan Aleyna Ölməzin zəlzələdə həyatını itirən ana və atasına görə başsağlığı verib.